Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

«Azərbaycanda fəallar buraxılsa da, azad sözə basqı davam edir»


Amnesty İnternational-ın Avropa və Orta Asiya üzrə direktoru John Dalhuisen (sağdakı)
Amnesty İnternational-ın Avropa və Orta Asiya üzrə direktoru John Dalhuisen (sağdakı)
Ötən cümə günü Azərbaycanda doqquz fəalın azadlığa buraxılması beynəlxalq ictimaiyyətin diqqətini bu ölkədə azad sözə basqıdan yayındırmamalıdır. Bu barədə Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiə təşkilatı xəbərdarlıq edib.

«Biz doqquz fəalın azadlığa buraxılmasını alqışlayırıq, onlar heç vaxt dəmir barmaqlıq arxasına düşməməliydilər», bunu qurumun Avropa və Orta Asiya üzrə direktoru John Dalhuisen deyir.

TURAL ABBASLI HƏRBİ XİDMƏTƏ ÇAĞIRILIR

Aİ diqqəti ona yönəldir ki, həmin fəallar AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın qəbul olunmasından bir neçə gün əvvəl buraxılıblar.

«Amnesty İnternational Strasserin hesabatının qəbulunu alqışlayır və Azərbaycan hökumətini bu məsələnin həllində AŞPA ilə əməkdaşlığa çağırır», Dalhusein belə deyir.

Qurum həmçinin Müsavatın gənclər təşkilatının rəhbəri Tural Abbaslının iyulda hərbi xidmətə çağırılmasını onun fəaliyyətini dayandırmaq məqsədi güddüyünü bildirir.

QONDARMA İTTİHAMLAR LƏĞV OLUNSUN

Amnesty İnternational «Tolışi-sədo» qəzetinin redaktoru Hilal Məmmədovun narkotik maddə ittihamı ilə saxlanmasına diqqət yönəldir. «Yerli hüquq müdafiəçiləri şübhələnirlər ki, onun həbsinin bir səbəbi medianın talış azlığının haqlarına artan marağını boğmaqdır».

Hilal Məmmədova qarşı ittiham sübut olunsa o, 12 illik həbs cəzası ala bilər.

Amnesty İnternational Azərbaycan hakimiyyətini çağırır ki, jurnalistlər Anar BayramlıRamin Bayramov, foto-reportyor Mehman Hüseynov, insan haqları müdafiəçiləri Oqtay Gülalıyev, Vidadi İsgəndərovTale Xasməmmədov, siyasi fəal Şahin Həsənliyə qarşı qondarma ittihamları ləğv etsin.

«Uzun müddət Azərbaycan hökumətinə imkan verilib ki, tənqidçilərini təqib etsin. AŞPA Azərbaycanda sərbəst toplaşma və ifadə azadlığına basqıları sərt şəkildə pisləməlidir», Dalhusein belə deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG