Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

Azərbaycanda doğum evlərində rüşvət alınırmı? [VIDEO]


Azərbaycanda doğum evlərində rüşvət alınırmı?
Gözlə

No media source currently available

0:00 0:55:13 0:00
Direct-ə keçid

Azərbaycanda doğum evlərində rüşvət alınırmı?

-


"Uşaqlarımın dünyaya gəlməsində birinə 8, o birinə 10 avro xərcim çıxıb". Bunu
Fəxrəddin Hacıbəyli
Fəxrəddin Hacıbəyli
“Korrupsiometr”in Azərbaycanda dövlət doğum evlərinə həsr edilmiş sayında Almaniyadan qoşulmuş Fəxrəddin Hacıbəyli deyir. O deyir ki, Almaniyada yaşadığı 7 il müddətində heç vaxt rüşvət, hörmət kimi sözləri eşitməyib:

- Almaniyada sığorta sistemi var, hər bir vətəndaşın normal tibbi xidmətdən istifadə etmək hüququ var. Qadına doğum günü təyin olursa xəstəxanaya gəlir, tər-təmiz palatada yerləşir, hətta yeməyin kənardan gəlməsinə icazə vermirlər.

İstifadə olunan paltarı, geyimləri, uşağın geyimləri, avadanlıqlar hamısı tibbi sığortanın hesabına ödənilir. Həkimlər təxmini 2000 avro civarında maaş alırlar.

Proqrama telefonla qoşulan Respublika Perinatal Mərkəzin Elmi Praktik Mərkəzin koordinatoru İlahə Zeynalova da bildirir ki, Azərbaycanda tibbi sığorta olmasa da dövlət büdcəsindən maliyyələşən doğum evlərində doğuşa görə bir qəpik də tələb edilmir. İlahə Zeynalova doğum evlərində rüşvət olması barədə iddiaları sadəcə xalq arasında gəzən dedi-qodu və şayiələr adlandırır:

- Kimsə hörmət etmək istəyirsə bu o demək deyil ki bütün doğum evləri rüşvətlə doludur. Ana ölümünə görə işdən azad edilən həkimlərimiz var. Hamımız diqqət mərkəzindəyik. Bizim indiyə qədər heç bir manat da gəlirimiz olmayıb. Xəstələrə də əlimizdən gələn köməyi etmişik. Amma həkimə zəhmətinə görə hansısa xəstə, ya da onun yaxını bir kiçik hədiyyə verirsə, həkimlərimizin maaşlarının indiki vəziyyətini nəzərə alanda belə hədiyyəni də rüşvət adlandırmaq insafsızlıqdır.

Proqramın digər qonağı, Qadın liderliyi uğrunda İctimai Birliyin sədri Ülkər
Ülkər Abdullayeva
Ülkər Abdullayeva
Abdullayeva isə əmindir ki, İlahə Zeynalova Azərbaycandakı deyil, hansısa başqa ölkədəki vəziyyəti təsvir edir.

Özü də doğum evində rüşvət tələbilə üzləşdiyini iddia edən Ülkər Abdullayeva deyir ki, həkimlərin maaşlarının azlığı xəstələrin günahı deyil. Həkimlər bu problemlərinin xəstədən qanunsuz pul almaqla deyil, başqa yolla həll etməlidirlər:

- Bütün məsuliyyətimlə deyirəm, indiyə qədər Azərbaycanda elə bir doğum eşitməmişəm ki, pulsuz, rüşvətsiz uşaq dünyaya gətirmək mümkün olsun, yoxdur belə hal. Sadəcə Azərbaycandakı bu dövlət doğum evlərində məbləğlərin az və ya çox olmasından söhbət gedə bilər. Doğum evinə çatan kimi həkimlər arasında mübarizə gedir ki kim qəbul edəcək və bunu heç də humanist məqsədlərlə etmirlər. Sırf maddi maraq güdülür.

Debatı ətraflı burada dinləyin:


Proqramda səslənən təkliflər:


Ülkər Abdullayeva
  • Tibbi sığorta sistemi tətbiq edilməlidir
  • Sanitar, gigiyenik qaydalara riayət olunmalıdır.
  • Cəzasızlıq aradan qaldırılmalıdır.
Doğum evlərində rüşvət iddiaları barədə şahidi olduğun, bildiyin hallar, bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün sənin başqa fikirlərin varsa, buyur, forum açıqdır, fikirlərini göndər, debata sən də qoşul.

Azərbaycanda doğum evlərində rüşvət alınırmı?

Səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclaslarının birində eynilə bu sözləri işlədib: “Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var".
Bəs, sən nə deyirsən,

  • Azərbyacanda doğum evlərində rüşvət doğrudan da nazirin dediyi kimi yalnız bəzi “hallardır”, yoxsa, daimi, az qala məcburi ödəniş?
  • Səncə, rüşvət verməyəndə doğum evlərində dünyaya uşaq gətirmək olmurmu?
  • Rüşvətə görə kasıbın evdə doğuşa üstünlük verməsi, buna görə ana və uşaq ölümünün artması barədə məntiq zənciri səncə ağlabatandırmı?
Fikirlərini aşağıdakı foruma göndər bu debatda sənin də fikrin olsun.
XS
SM
MD
LG