Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00

Trans-Anadolu qaz kəməri sazişi imzalandı


Turkey -- Azerbaijan's President Ilham Aliyev (L) chats with Turkey's Prime Minister Tayyip Erdogan during a news conference following a signing ceremony in Istanbul, 26Jun2012

Turkey -- Azerbaijan's President Ilham Aliyev (L) chats with Turkey's Prime Minister Tayyip Erdogan during a news conference following a signing ceremony in Istanbul, 26Jun2012

Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən Trans-Anadolu qaz kəməri ilə bağlı iyunun 26-da İstanbulda saziş bağlanıb.

Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə Baş naziri Racep Tayyip Erdoganın da iştirak elədiyi mərasimdə sazişi Türkiyənin Enerji və Təbii sərvətlər naziri Taner Yıldız və ARDNŞ sədri Rövnəq Abdullayev imzalayıblar.

Türkiyənin Baş naziri Racep Tayyip Erdogan bildirib ki, 7 milyard dollarlıq bu layihə 5 il içində tamamlanacaq, ilkin olaraq keçiriciliyi 16 milyard kubmetr olan boru kəmərinin gücünün sonradan 50 milyard kubmetrə çıxarılması nəzərdə tutulur. Və kəmər sadəcə Şahdəniz yatağındakı yox, Azərbaycanın Xəzərdəki bütün qaz ehtiyatlarını Avropaya çatdırmağı hədəfləyir.

80 faizi Azərbaycana, 20 faizi Türkiyəyə məxsus olacaq Trans-Anadolu qaz kəməri ilə nəql ediləcək qazın 6 milyard kubmetri Türkiyənin daxili ehtiyacları, 10 milyard kubmetri isə Avropaya satış üçün nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG