Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Avropa Şurasında Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə layihəsi qəbul edilib


İyunun 26-da Avropa Şurasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 80-dən çox siyasi məhbusun işini həll etməyə və bundan sonra siyasi sifarişli ittihamlarla heç kimin həbs olunmamağını təmin etməyə çağrılır.

Qətnamə siyasi məhbuslar üzrə həmməruzəçi Christoph Strässerin hesabatı əsasında verilib.

Strässer 2009-cu ildən Avropa Şurası Parlament Assambleyası tərəfindən siyasi məhbus məsələsi üzrə həmməruzəçi təyin edilsə də, o məsələni yerində araşdırmaq və hesabat hazırlamaqdan ötəri Azərbaycana gəlmək üçün viza verilmirdi.


Article 19 insan haqları təşkilatı Avropa Şurasının qətnaməsini alqışlayır və Azərbaycanı Eurovision Mahnı müsabiqəsindən sonra da siyasi motivlərlə tənqidçi insanları həbs etmək praktikasını davam etdirdiyini bildirir.

Article 19-un yaydığı bəyanatda deyilir ki, Eurovisiondan sonra jurnalistlər, bloggerlər və ictimai fəallara təzyiqlər davam edir. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun fotoqrafı Mehman Huseynov, Talışi Səda qəzetinin redaktoru Hilal Məmmədov və Kür Vətəndaş Cəmiyyətinin fəalı İlham Əmiraslanov müxtəlif qurama ittihamlarla həbs ediliblər, bunlardan başqa hazırda 11 nəfər həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG