Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:23

"Tı kto takoy"u oxuyan meyxanaçılar ORT kanalında çıxış edəcəklər


İntiqam Rüstəmov
İntiqam Rüstəmov
«Tı kto takoy? Davay, do svidaniya!» meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları Rusiyanın ORT televiziyasının qonağı olacaqlar.

Bu barədə AzadlıqRadiosuna məlumat verən İntiqam Rüstəmov deyib ki, televiziyanın «Veçerni Urqant» verilişində iştirak etmək üçün iyunun 27-də Moskvaya gedəcəklər.

İ.Rüstəmov onu da deyib ki, futbol üzrə Avropa çempionatının getdiyi Ukraynanın bir telekanalından da dəvət alıblar:

«Bizə dedilər ki, çempionat bitəndən sonra bir konsert təşkil edəcəklər. Həmin konsertdə uduzan yığmalara xitabən «Davay, do svidaniya!» sözləri ilə bir meyxana oxumağımızı istəyiblər».

Amma hələlik Rüstəmov qardaşları bu dəvətə öz münasibətlərini açıqlamayıblar.

«Qərar verməmişik. Biz ora Azərbaycan adından gedirik, ya necə, hələlik bilmirik», - İntiqam Rüstəmov deyib.

«YouTube»da yayılan «Tı kto takoy? Davay, do svidaniya!» meyxanasını milyonlarla internet istifadəçisi izləyib. Misranın əvvəlinə yerli fəallar «Putin» sözü artırandan sonra meyxana Rusiyada sürətlə populyarlaşıb.
XS
SM
MD
LG