Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:25
«Tı kto takoy? Davay, do svidaniya!» meyxanasının müəllifləri İntiqamEhtiram Rüstəmov qardaşları Rusiyanın ORT televiziyasının qonağı olacaqlar.

Bu barədə AzadlıqRadiosuna məlumat verən İntiqam Rüstəmov deyib ki, televiziyanın «Veçerni Urqant» verilişində iştirak etmək üçün iyunun 27-də Moskvaya gedəcəklər.

İ.Rüstəmov onu da deyib ki, futbol üzrə Avropa çempionatının getdiyi Ukraynanın bir telekanalından da dəvət alıblar:

«Bizə dedilər ki, çempionat bitəndən sonra bir konsert təşkil edəcəklər. Həmin konsertdə uduzan yığmalara xitabən «Davay, do svidaniya!» sözləri ilə bir meyxana oxumağımızı istəyiblər».

Amma hələlik Rüstəmov qardaşları bu dəvətə öz münasibətlərini açıqlamayıblar.

«Qərar verməmişik. Biz ora Azərbaycan adından gedirik, ya necə, hələlik bilmirik», - İntiqam Rüstəmov deyib.

«YouTube»da yayılan «Tı kto takoy? Davay, do svidaniya!» meyxanasını milyonlarla internet istifadəçisi izləyib. Misranın əvvəlinə yerli fəallar «Putin» sözü artırandan sonra meyxana Rusiyada sürətlə populyarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG