Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:40

Müxalif bloqçu Twitter və e-mailinin polis tərəfindən sındırldığını iddia edir


Rusiya müxalifətinin liderlərindən, bloqqer Aleksey Navalny bildirib ki, onun e-mail və Twitter ünvanları hakerlər tərəfindən ələ keçirilib və özünə aid olmayan mesajlar yayırlar. Navalny-nın Twitterd’ 250 minə yaxın izləyicisi var və onun kompüterləri iyunun 11-də evində axtarış aparmağa gələn Rusiya polisi tərəfindən müsadirə edilmişdi.

Rusiya İstintaq Komitəsi bunda əli olması ilə bağlı iddiaları təkzib edir və istintaqa müdaxilə cəhdi kimi qiymətləndirir.

Rusiya hüquq-mühafizə orqanları Navalny və bir sıra başqa müxalifət liderlərini mayın 6-da Putin əleyhinə keçirilən mitinqdə iğtişaş hazırlamaqda ittiham edir və bu iddialarla bağlı araşdırma aparırlar.
XS
SM
MD
LG