Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:45

Tehran neft embarqosunun nüvə danışıqlarını pozacağını deyir


Tehran bildirib ki, Avropa Birliyinin iyulun 1-dən tətbiq eləməyə başlayacağı neft embarqosu nüvə proqramı ilə bağlı danışıqlara mənfi təsir edəcək.

Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanparastin xəbərdarlığı embarqonun qüvvəyə minməsinə bir neçə gün qalmışa təsadüf edib. Daha öncə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya ilə İran arasında Moskvada keçirilən danışıqlarda İran müzakirələri davam etdirmək üçün embarqo qərarının təxirə salınması şərtini qoymuşdu.

Beynəlxalq Enerji Agentliyi bildirir ki, embarqo qərarının açıqlanmasından sonra İranın neft ixracı günə 1.5 milyard barrel - 40 faiz azalıb. Cənubi Koreya da bu gün bildirib ki, iyulun 1-dən İrandan neft alınmasını dayandıracaq.

Aetom Enerjisi Agentliyi İranın bir sıra gizli obyektlərdə atom bombası hazırladığından şübhələnir və həmin obyektlərə müfəttişlərinin buraxılmasını istəyir. İran isə iddiaları rədd eləsə də, müfəttişləri də sözügedən zavodlara buraxmır.
XS
SM
MD
LG