Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

NATO toplantısı bitdi, Türkiyə Suriyanı hərbi cavabla hədələyir


Suriyanın Türkiyə təyyarəsini vurması ilə bağlı keçirilən NATO toplantısı başa çatıb. Toplantıdan sonra alyansın Baş katibi Anders Fogh Rasmussen bildirib ki, NATO Türkiyənin yanında olacaq. Ancaq toplantıda 5-ci maddə müzakirə olunmayıb. Həmin maddə təyyarənin vurulmasını bütün alyansa hücum olaraq qəbul edilməsi mənasına gəlir və cavab tədbirləri nəzərdə tutur.

Türkiyə daha öncə bildirmişdi ki, Suriya tərəfindən təyyarənin vurulmasının 5-ci maddə çərçivəsində müzakirəsi üçün NATO-ya müraciət edə bilər. Ancaq Rasmussenin sözlərinə görə, Türkiyə ancaq 4-cü maddə ilə bağlı müraciət edib və bu haqda müzakirələr aparılıb.


Türkiyə Baş naziri Racep Tayyip Erdogan Ankarada çıxışında bildirib ki, Suriya tərəfinin bütün iddiaları yalandır və türk təyyarəsini beynəlxalq sularda olanda, heç bir xəbərdarlıq etmədən vurublar.

Erdogan xəbərdarlıq edib ki, bundan sonra Suriya tərəfdən istənilən sərhəd pozuntularına eyni cavab veriləcək və Türkiyə Suriyada Bashar Assad rejiminə qarşı mübarizə aparanları nə bahasına olursa-olsun, dəstəkləməyə davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG