Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:16

Trans-Anadolu qaz kəməri ilə bağlı saziş imzalanır


Azərbaycan qazını Avropaya çıxarmağı hədəfləyən Trans-Anadolu qaz kəməri ilə bağlı iyunun 26-da İstanbulda saziş imzalanacaq.

Türkiyənin Baş naziri Racep Tayyip Erdogan Ankarada parlamentdə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə imzalanacaq bu saziş sadəcə Şahdəniz yatağındakı yox, Azərbaycanın Xəzərdəki bütün qaz ehtiyatlarını Avropaya çatdırmağı hədəfləyir.

Azərbaycan prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 20 illik yubileyi münasibətilə təşkil olunan sammitdə iştirak etmək üçün İstanbuldadır.

Iyunun 26-da İlham Əliyev Türkiyə prezidenti Abdullah Güllə görüşüb.
Anadolu agentliyinin xəbərinə görə, qapalı qapılar arxasında keçən görüş 40 dəqiqə davam edib.
XS
SM
MD
LG