Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:31

İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammiti keçirilir


İyunun 26-da İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsis olunmasının 20 illiyinə həsr olunmuş yubiley sammiti keçirilir. Prezident İlham Əliyev sammitdə iştirak etmək üçün Türkiyəyə səfərə gedib. Tədbirdə Azərbaycan, Gürcüstan, Rumıniya, Moldova və Serbiya prezidentləri də qatılacaq, Albaniya və Bolqarıstan isə sammitdə baş nazir səviyyəsində təmsil olunacaqlar.

Qurumun 20 illiyinə həsr olunmuş zirvə görüşünə Serbiya və Türkiyə sədrlik edəcək. Bu iki ölkə 2012-ci ildə QDİƏT-ə sədrlik edəcəklər. Sammitdə münasibətlərin inkişafı müzakirə olunacaq, İstanbul Bəyannaməsi imzalanacaq.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yubiley sammitində regionda dondurulmuş müzakirələrin həlli yollarının müzakirəsi gözlənilir.

QDİƏT 1992-ci il iyunun 25-də İstanbulda Azərbaycan da daxil olmaqla 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə təsis edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG