Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:56

Turist xidmətləri üçün yeni standartlar müəyyənləşdi


Turist xidmətləri zamanı qonaqlara bələdçilik üçün tələb olunan dil bacarıqları, turist bələdçisi vəsiqəsinin forması artıq konkret sənədlərlə dəqiqləşəcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, Komitə «Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər» dövlət standartını təsdiq edib. Standartda turist bələdçisi təlimləri və ixtisaslaşma proqramlarının təşkili üçün minimum tələblər dəqiq göstərilib.

Sənəddə həmçinin turizm xidmətləri üçün səlahiyyətlərin bölüşdürülməsi, təlim proqramlarının quruluşu, bölgələrə məxsus mövzular da müəyyənləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG