Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:17

MTN İrandan narkotik gətirdiyi deyilən 9 azərbaycanlını saxlayıb


Arxiv foto

Arxiv foto

Milli Təhlükəsizlik Nazirliyinin iyunun 25-də yaydığı məlumatda deyilir ki, İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitələr daşıyan bir neçə şəxs ifşa olunub. Və həmin şəxslərdən 25 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Saxlananların sayı 9 nəfərdir. Narkotik daşıması ilə məşğul olan bu qrup üzvlərinin İran vətəndaşları ilə əlbir olduqları deyilir. Həmin iranlıların isə soyadı göstərilmir və onların şəxsiyyətinin istintaq tərəfindən araşdırıldığı deyilir.

Məlumatda bildirilir ki, Ruslan Orucov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Rəsul adlı vətəndaşı qabaqcadan əlbir olublar. Onlar külli miqdarda narkotik vasitəni gömrük nəzarətindən kənar keçirməklə İrandan Cəlilabad rayonuna gətiriblər. Nazirliyin məlumatına görə, Ruslan Orucovdan 1 kiloqram 750 qram tiryək aşkarlanıb.

Başqa bir əməliyyat tədbiri nəticəsində qanunsuz narkotik daşınması ilə məşğul olan Cavid KazımovŞahbaz Həmidovdan 14 kiloqram 859 qram tiryək götürüldüyü deyilir. Bu işdə onlara şəxsiyyəti istintaqla araşdırılan İranın Abuzər adlı vətəndaşının yardım etdiyi bildirilir.

CİNAYƏT İŞİ BAŞLANIB

Nazirlik daha bir əməliyyat nəticəsində Babək İsayev, onun qardaşı Kənan İsayevAris Səfərovun yaxalandıqlarını bildirir.

Məlumatda həmin şəxslərin də hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Məhərrəm adlı vətəndaşı ilə əlbir olduqları deyilir. Onlardan 7 kiloqram 765,9 qram tiryək aşkar edilib.

MTN uzun müddət hüquq mühafizə orqanlarından yayınmış, Fikrət Quliyevdənsə külli miqdarda heroin aşkarlandığını da xəbər verir.

Başqa bir məlumatdasa Azərbaycan vətəndaşları İrmak ƏliyevFizzə Ələsgərovadan da külli miqdarda heroin götürüldüyü deyilir. Və onlara da bu işdə hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Fuad adlı vətəndaşının yardım etdiyi bildilir.

Nazirlik bildirir ki, bu faktlarla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG