Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:28

Təyyarə məsələsində Fransa Türkiyəni müdafiə edib


Fransanın xarici işlər naziri Laurent Fabius Suriyanın Türkiyə qırıcı təyyarəsini vurmasının qəbuledilməz olduğunu bildirib. Deyib ki, “təyyarə silahsız olub və xəbərdarlıq edilmədən vurulub. Bu qəbuledilməzdir”.

İyunun 26-da Brüsseldə NATO Suriyanın Türkiyəyə məxsus F-4 qırıcı təyyarəsini vurması ilə bağlı toplantı keçirəcək.

Dəməşqə nota verən Türkiyə təyyarəsini heç bir xəbərdarlıq edilmədən vurduğunu bildirib. Suriya isə bildirib ki, hansı ölkəyə məxsus olmağını bilmədiyi təyyarəni hava sərhədini keçdiyi üçün vurub.

Suriya Türkiyə qırıcı təyyarəsini iyunun 22-də vurub. Pilotların və təyyarənin qalıqlarının axtarışı davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG