Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:48

Orxan Kərimovun məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb


İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin həbsdə olan sabiq müdir müavini Orxan Kərimov, «Zəngəzur» MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Orxan Kərimov məhkəmə prosesində iştirak etməyib.

APA-nın məlumatına görə, vəkilləri bildiriblər ki, Kərimov xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müayinədən keçir.

Orxan Kərimov məhkəmədə iştirak etmədiyindən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hakim Ramella Allahverdiyeva bildirib ki, növbəti prosesin vaxtı həkim müayinələrinin nəticəsi məlum olduqdan sonra dəqiqləşdiriləcək.

Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, və bu işə görə daha 3 nəfər Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar.

Ürək xəstəliyindən əziyyət çəkən Orxan Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri iyunun 21-də dəyişdirilib və o, müalicəyə göndərilib.
XS
SM
MD
LG