Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

Budapeştdə «Azərbaycan karikatura sənəti» adlı sərgi açılıb


Arxiv foto
Arxiv foto
Macarıstanda satirik şair Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr edilmiş «Azərbaycan karikatura sənəti» adlı sərgi açılıb.

Müxtəlif rəssamların 60-a yaxın əsərinin nümayiş etdirildiyi sərgi Azərbaycan karikatura sənətinin 100 ildən artıq tarixi inkişaf yolu haqqında təsəvvür yaradır.

Sərginin Azərbaycan karikatura sənətinin keçdiyi inkişaf yolundan bəhs edən rəngli bukleti Azərbaycan, macar və ingilis dillərində çap olunaraq iştirakçılar arasında yayılıb.

Sərgi Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının karikaturaçı rəssamlar bölməsi və Budapeştdəki Uypeşt rəsm qalereyasının birgə təşkilatçılığı ilə Uypeşt qalereyasında keçirilir. Sərginin açılışında iştirak edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev öz çıxışında milli karikatura sənətinin «Molla Nəsrəddin» jurnalı ilə başlayan ənənələrindən və keçdiyi inkişaf yolundan, müxtəlif tarixi mərhələlərdəki özünəməxsusluğundan ətraflı söz açıb.

Uypeşt qalereyasının rəhbəri, macar sənətşünası İştvan Gelleri isə Azərbaycan karikatura sənətinin kamilliyi, cəsarəti, aktuallığı, ictimai və mənəvi həyat faktlarına kəskin və operativ müdaxiləsi ilə onda və həmkarlarında xoş bir heyrət hissi yaratdığını etiraf edib.

Xəbəri AzadlıqRadiosuna Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidməti verib.

Sərgi iki həftə fəaliyyət göstərəcək. Ekspozisiyanın Macarıstanın digər şəhərlərində də nümayişi nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG