Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:08
İyunun 24-ü və 29-da saat 19.00-da Akademik Milli Dram Teatrında H. Mirələmovun eyniadlı əsəri əsasında hazırlanan «Gəncə qapıları» tamaşasının premyerası keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat xidməti verib.

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sergey Skomoroxov, bəstəkarı Rüfət Xəlilov, rejissor assistentləri Rəfiqə MusayevaCeyran Həsənovadır.

Tamaşada Gəncə xanı Cavad xanın obrazını əməkdar artist Kazım Abdullayev canlandırır.

Digər rolları xalq artistləri Hacı İsmayılov (Məhəmməd xan), Rafiq Əzimov (Hacı Məlik), əməkdar artistlər Mətanət Atakişiyeva (Şükufə xanım), Elxan Quliyev (Vəli xan), Əli Nur (Georgi), Vəfa Rzayeva (Nona), Abbas Qəhrəmanov (Sisyanov) və başqaları oynayırlar.

İlk tamaşa iyunun 24-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG