Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:02

Şəmkirdən Rusiyaya ixrac olunan məhsulların həcmi 10 faiz artıb


Bu barədə Şəmkir şəhər icra hakimiyyətinin sosial iqtisadi məsələlər üzrə müavini Sabir Quliyev məlumat verib. Bildirib ki, ümumilikdə Şəmkirdə istehsal olunan kənd təsərrüfatı məhsullarının artıq 70-80 faizi Moskva bazarlarında satılır.

«Şəmkirdə son bir neçə il ərzində 4 mindən çox istixana salınıb. Ümumilikdə istixanaların sayı 7 minə çatıb. Bu istixanalarda yetişdirilən faraş məhsullar qış mövsümündə də Moskva bazarlarını məhsulla təmin edir. Bu il əlverişli hava şəraiti ümumdaxili məhsulu bir neçə dəfə artmasına səbəb olub ki, xaricə ixrac olunan məhsulda da 10 faizədək artım qeydə alınıb».

Sahib Quliyev deyir ki, Moskva bazarlarına satılan məhsullardan gələn gəlir əhalinin öz büdcəsini formalaşdırır. Ancaq bununla yanaşı Sahib Quliyev deyir ki, Şəmkirin ümumdaxili məhsulunun da gəlirinin 25-30 faizi sırf Moskva bazarlarına ixrac edilən məhsullardan gəlir.
XS
SM
MD
LG