Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:59

NATO Türkiyə təyyarəsinin vurulması ilə bağlı toplaşacaq


İyunun 26-da Brüsseldə NATO Suriyanın Türkiyəyə məxsus F-4 qırıcı təyyarəsini vurması ilə bağlı toplantı keçirəcək. Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu təyyarənin beynəlxalq ərazidə vurulduğunu bildirir.

Dəməşqə nota verən Türkiyə təyyarəsini heç bir xəbərdarlıq edilmədən vurduğunu bildirib. Suriya isə bildirib ki, hansı ölkəyə məxsus olmağını bilmədiyi təyyarəni hava sərhədini keçdiyi üçün vurub.

Suriya Türkiyə qırıcı təyyarəsini iyunun 22-də vurub. Pilotların və təyyarənin qalıqlarının axtarışı davam etdirilir.
XS
SM
MD
LG