Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:12

Tunis Liviyanın keçmiş baş nazirini Liviyaya verdi


Liviyanın Qaddafi dövründə baş naziri olmuş və keçən ilki etiraz aksiyaları zamanı ölkədən qaçaraq Tunisə sığınmış Baghdadi al-Mahmoudi Liviyaya verilib.

70 yaşlı al Mahmoudi 2006-cı ildən Liviyanın baş naziri idi. Liviya rəsmilərinin məlumatına görə, o hazırda Tripolidəki həbsxanalardan birində saxlanılır.

Vəkilləri Baghdadi al-Mahmoudini Qaddafi hakimiyyəti dövründə dövlət sirlərini bilən yeganə adam olduğunu, buna görə də onun həyatı üçün narahat olduqlarını bildiriblər.

Liviyanın hökumət nümayəndələri isə bildiriblər ki, tutulan hər bir adama qarşı ədalətli davranacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG