Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:52

Morsi: «Mən bütün misirlilərin prezidenti olacağam»


Muhammad Morsi televiziya ilə xalqa müraciət edir

Muhammad Morsi televiziya ilə xalqa müraciət edir

«Mən bütün misirlilərin prezidenti olacağam». Bunu Misirin yeni prezidenti, «Müsəlman qardaşları» hərəkatının lideri Mohamed Morsi bazar günü televiziya ilə xalqa müraciətində bildirib.

Misirin yeni prezidenti deyib ki, «inqilab bütün məqsədlərinə çatana qədər davam edəcək».

Morsi Misirin demokratik seçkilər yolu ilə seçilən ilk prezidentidir. O, rəqibi, Hosni Mubarak dövründə baş nazir olmuş Ahmed Shafiqe 51,73 faiz səslə qalib gəlib.

Qahirənin Təhrir meydanına yığışan Morsinin on minlərlə tərəfdarı liderlərinin qələbəsini gecəyə qədər qeyd edib.

Morsi qalib gələndən sonra «Müsəlman Qardaşları» hərəkatındakı bütün vəzifələrindən istefa verib. Bu vəzifələr arasında hərəkatın siyasi partiyası olan Azadlıq və Ədalət Partiyasının liderliyi də var.

Mohamed Morsini qələbə münasibəti ilə ilk təbrik edənlər arasında Hərbi Şuranın rəhbəri Huseyn Tantavinin də olduğu bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG