Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:18

Avropa 2012: İngiltərə 2 - 4 İtaliya


İngiltərə millisini məğlub edən italiyanlar
İngiltərə millisini məğlub edən italiyanlar
Ukrayna və Polşada keçirilən Avropa futbol çempionatı davam edir. İyunun 24-də çempionatın sonuncu 1/4 final mərhələsində İngiltərə İtaliya millisiylə qarşılaşıb. 11 metrlik cərimə zərbələrində ingilislərə 2 - 4 hesabıyla qalib gələn İtaliya millisi yarım finalda Almanlarla görüşəcək. Yarımfinalın digər oyununda isə Portuqaliya və İspaniya qarşılaşacaq

İLK HİSSƏ BƏRABƏR HESABLA BAŞA ÇATIB

Oyunun ilk 10 dəqiqəsi tərəflərin qısa ötürmələriylə keçib.

İtaliyanlar daha çox Mario Balotellini ötürmələrlə təmin etməklə hesabda irəli çıxmağa cəhd ediblər. İtaliyanların üstünlüyü ilə keçən oyunda ingilislər daha çox müdafiə olunmaqla yanaşı əks hücumlara üstünlük veriblər.

Daha çox sol cinahdan ötürmələrlə ingilslərin qapısına yol tapmaq istəyənlər italiyanlar qol vura bilməyiblər.

17-ci dəqiqədə Glen Johnsonun italiyanların qapısı önündə təhlükəli vəziyyət yaradıb. Glen Johnsonun italiyanların qapısına vurduğu topu qapıçı Gianluigi Buffon zərərsizləşdirib.

21-ci dəqiqədə inglislərin qapıçısı Joe Hart Antonio Cassanonun qapıya vurduğu qüvvətli zərbəni dəf edə bilib.

29-cu dəqiqə isə inglislər hesabı aça bilərdilər. Glen Johnsondan ötürmə alan Wayne Rooney topu qapıdan azca kənara vurub.

32-ci dəqiqədə Welbeck, 33-cü dəqiqədə isə Cassano hədəfdən yayınıblar.

Oyunun 41-ci dəqiqəsində Mario Balotelli hesabı açmağa yaxın olsa da Joleon Lescott onun qarşısını ala bilib.

İlk yarıda tərəflər fərqlənə bilməyiblər.

OYUNUN İKİNCİ HİSSƏSİ İTALİYA YIĞMASININ HÜCUMLARIYLA BAŞLAYIB

51-ci dəqiqədə Rikkardo Montolivonun ingilislərin qapısına vurduğu zərbəni qapıçı tuta bilib.

Oyunun 60-cı dəqiqəsində ingilislər oyunçu dəyişikliyi ediblər.

62-ci dəqiqədə Andrea Pirlodan ötürmə alan Daniele De Rossi topu tribunalara vurub.

Daha çox rəqib meydanında oyun quran italiyanlar ingilislərin əks hücumlara keçməyinə mane olublar.

70-ci dəqiqələrdə oyunun sürəti aşağı düşüb.

76-cı dəqiqədə John Terry cərimə zərbəsiylə topu italiyanların qapısı önünə ötürüb. Topa başıyla zəif toxunan Wayne Rooney təhlükəli vəziyyət yaratsa da Gianluigi Buffon hesabın dəyişməyinə imkan verməyib.

Oyunun 80-ci dəqiqəsində italiyanlar oyunçu dəyişikliyi ediblər De Rossini Nocerino əvəzləyib.

82-ci dəqiqədə kobud oyuna görə italiyalı futbolçu Barzagli sarı vərəqə görüb.

88-ci dəqiqədə mərkəzdən ötürmə alan Nocerino oyunda hesabı aça bilərdi. İngiltərəli müdafiəçi Johnson Nocerinonun zərbəsini müydandan çıxara bilib.

Hakim oyunun ikinci hissəsinə 3 dəqiqə vaxt əlavə edib.

Artırma dəqiqələrində ingilislər rəqibin qapısı qarşısında təhlükəli vəziyyət yaradıblar. Rooney akrobatik tullanışla topu qapının üstünə vurub.

İkinci hissə də qolsuz bərabərliklə bitdiyinə görə komandalar uzatma dəqiqələrində güclərini sınayıblar.

94-cü dəqiqədə İtaliya yığmasının yarımmüdafiəçisi Maggio kobud oyuna görə sarı vərəqə görüb.

100-cü dəqiqədə Diamanti italiyanları hesabda irəli çıxara bilərdi. Bu dəfə ingilislərin köməyinə qapı dirəyi yardımçı olub.

İtaliyanların üstünlüyü şəraitində keçən oyunda qol vurulub. 115-ci dəqiqədə hakim italiyalı hücumçu Nocerinonun başla vurduğu qolu oyundan kənar vəziyyət olduğuna görə hesaba almayıb.

Oyunun uzatma dəqiqələri də 0-0 hesabıyla bitib. Komandalar 11 metrlik cərimə zərbələriylə qalibi müəyyənləşdiriblər.

11 metrlik zərbəni ilk italiyanlar vurub.
Balotelli komandasını hesabda irəli çıxarıb. 1-0
Daha sonra Gerrard hesabı 1-1 edib.
İtaliyalı Montolivo topu qapıdan kənara göndərib.
Rooney zərbəni dəqiq yerinə yetirib. 2-1
Pirlo italiyanların bərabərlik qolunu vura bilib 2-2
İngilitərnin oyunçusu Young topu qapı dirəyinə vurub.
Nocerino isə italiyanları hesabda irəli çıxara bilib 3-2
İngiltərə hücumçusu A. Colenin vurduğu zərbəni isə Buffon tutub.
İtaliyalı oyunçu Diamanti isə 11 metrlik zərbəni dəqiq yerinə yetirərək ingilislərin məğlubiyyətini rəsmiləşdirib: 4-2

Bu oyunlar haqda sənin fikrin nədir?

EURO2012 FORUMUNA GƏL

Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG