Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:19

Xalq artisti Yaşar Nuri Bakıya dönüb


Xalq artisti Yaşar Nuri
Xalq artisti Yaşar Nuri
Bir neçə ay Türkiyədə müalicədə olan xalq artisti Yaşar Nuri Bakıya dönüb.

Onu hava limanında ailəsi və yaxınları qarşılayıb və xalq artistini ambulansla evə aparılıb.

Xanımı Rəhimə Nuriyevanın sözlərinə görə, Yaşar müalicəni demək olar ki, başa çatdırıb və yalnız həftədə bir dəfə Gömrük xəstəxanasında həkim müayinəsindən keçəcək.

Yaşar Nuri 40 gündən sonra müayinə üçün yenidən Türkiyəyə gedəcək.
XS
SM
MD
LG