Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:41

Türkiyə təyyarələri kürd yaraqlılarının mövqelərini bombalayıb


Türkiyənin hərbi hava qüvvələri kürd yaraqlılarının İraqın şimalındakı mövqelərini bombalayıb.

Türkiyə hərbi hava qüvvələrinin saytında gedən məlumata görə, reydlər cümə günündən başlayıb.

Məlumata görə, yaraqlıların İran-İraq sərhəddi yaxınlığındakı 9 mövqei vurulub.

Bu sön həftə ərzində ikinci reyddir.

Kürd yaraqlıları ötən çərşənbə axşamı hücum edərək İraq sərhəddi yaxınlığında 8 türk əsgərini öldürüblər.

Türkiyə komandanlığı buna cavab olaraq keçirilmiş hava əməliyyatları nəticəsində 30-dan çox kürd yaraqlısının öldürüldüyünü deyir.

Kürd separatçıları 1984-cü ildən bu yana Türkiyənin cənub-şərqində müstəqillik uğrunda silahlı mübarizə aparırlar.

Onların İraqın şimalında bazaları var.

Bu müddət ərzində 10 minlərə adam ölüb.
XS
SM
MD
LG