Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Sudanın paytaxtında polislə nümayişçilər toqquşub


Sudanın paytaxtı Xartumda kəskin iqtisadi tədbirlərə qarşı çıxan nümayişçilərlə polis arasında toqquşma olub.

Nümayişçilər polisi daşa basıb, küçələrdə barrikadalar qrublar.
İyunun 16-dan Sudanda etiraz aksiyaları başlanıb.

Buna səbəb hökumətin dövlət xərclərini azaltmaq istəməsidir.

İlk olaraq tələbələr nümayişə çıxıb, sonra isə sakinlər də onlara qoşulub.

Cənubu Sudan ötən il müstəqillik qazandıqdan və buna görə, Xartum neft yataqlarının əksəriyyətinə nəzarəti itirdikdən sonra Sudan iqtisadiyyatı bərbat vəziyyətə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG