Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:30

Yunanıstanın yeni baş naziri AB-nin sammitinə qatıla bilməyəcək


Yunanıstanın yeni baş naziri Antonis Samaras səhətinə görə gələn həftə Avropa Birliyinin sammitində iştirak edə bilməyəcək.

Şənbə günü onun gözündə əməliyyat aparılıb.

Onun xəstəxanadan bazar ertəsi çıxacağı gözlənilir, amma həkimlər deyir ki, əməliyyatdan sonra tam bərpa olunmaq üçün baş nazirə bir neçə həftə vaxt lazımdır.
Yeni maliyyə naziri Vasilis Papanos da sammitdə iştirak edə bilməyəcək.

O da qarın nayihəsində ağrılarla xəstəxanaya düşüb.

Sammitdə Yunanıstanı xarici işlər naziri Dimitris Avramopulos təmsil edəcək.

İyunun 17-də Yunanəstanda yeni koalision hökumət yaradılıb.

Sammitdə avrozonadakı borc böhranından çıxmağın yolları müzakirə olunacaq.
XS
SM
MD
LG