Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:32

İran müxalifəti Fransada nümayişə çıxıb


Şənbə günü Parisdə mühacirətdə yaşayan iranlıların mitinqi keçirilib.

Onlar ölkədə demokratik dəyişikliklər edilməsini tələb edib və İraqdakı qaçqın düşərgəsində yaşayan İran müxalifətinə dəstək olmağa çağırıblar.

“İran Milli Müqavimət Şürası” nın təşkil etdiyi aksiyada 10 minlərlə adam iştirak edib.

Qeyd edək ki, ABŞ bu qrupu terrorçu təşkilatlar siyahısına salıb.

Şuranın liderlərindən biri Mariam Rajavi bildirib ki, aparıcı dünya ölkələri İran müxalifətini dəstəkləməlidir.

Nyu-Yorkun keçmiş meri Rudi Culiani (Rudy Giuliani) və Pensilvaninin keçmiş qubernatoru
Ed Rendell də daxil olmaqla aksiyada bir sıra ABŞ rəsmiləri də iştirak ediblər.

Rudi Culiani deyib ki, İranda rejim dəyişməlidir.
XS
SM
MD
LG