Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:04

Misirdə prezident seçkisinin nəticələri elan edilməlidir


Bazar günü Misirdə prezident seçkisinin yekun nəticələri elan edilməlidir.

Seçkidə “Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed Mursi və keçmiş prezident Mubarakın dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik mübarizə aparıblar.

Onların ikisi də qalib gəldiklərini bəyan ediblər.

Nəticələr cümə axşamı elan edilməliydi.

Amma hər iki namizəd şikayət verdiyindən MSK araşdırma üçn bunu təxirə salınmışdı.

Mursinin minlərlə tərəfdarı paytaxt Qahirənin mərkəzində nümayişə çıxıb.

Onlar ölkəni idarə edən Ali Hərbi Şuranın bu yaxınlarda pozuntulara görə, parlamenti buraxmasına etiraz edirlər.

Şafikin və ali hərbi şuranın tərəfdarları isə ölkənin şimalında nümayişə çıxıblar.

Parlamentdə yerlərin çoxunu “ Müsəlman qardaşları” hərakatının üzvləri tuturdu.

Ali hərbi şura hakimiyyəti qalibə verəcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG