Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:29

Avropa 2012: İspaniya 2:0 Fransa


Xabi Alonso Fransa yığmasının qapısına qol vurduqdan sonra
Xabi Alonso Fransa yığmasının qapısına qol vurduqdan sonra
Ukrayna və Polşada keçirilən Avropa futbol çempionatı davam edir. İyunun 23-də turnirin 1/4 final mərhələsində son Avropa və dünya çempionu İspaniya 2 dəfə Avropa, 1 dəfə dünya çempionu olmuş Fransa yığması ilə qarşılaşıb.

Oyun İspanların qələbəsiylə başa çatıb.

İlk dəqiqələrdən ispanların hücumlarıyla keçən oyunda ilk qol 19-cu dəqiqədə vurulub. Xabi Alonso komandasını hesabda irəli çıxarıb.

Oyunun ilk 45 dəqiqəsi bu hesabla bitib.

İkinci hissədə oyun qarşılıqlı hücumlar şəkilində keçib.

Fransızların bərabərlik qolu axtardığı dəqiqələrdə ispanlar hesabı artırıb. 90-cı dəqiqədə hakim Fransanın qapısına penalti təyin edib. Penaltini dəqiq yerinə yetirən Xabi Alonso hesabı artırıb.

İspaniya millisi yarımfinalda Portuqaliya ilə qarşılaşacaq.

1/4 final mərhələsinin son oyunu bu gün - iyunun 24-də İngiltərə və İtaliya arasında keçiriləcək.

Bu oyunlar haqda sənin fikrin nədir?

EURO2012 FORUMUNA GƏL

Şərhlərini digər futbol azarkeşləri ilə bölüş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG