Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi «Qurani Kərim» və digər müqəddəs dini kitabların ölkəyə gətirilməsinin sadələşdirilməsi təklifi ilə çıxış etmək niyyətindədir.

Bu barədə komitə sədri Elşad İskəndərov bildirib.

O deyib ki, hazırda müqəddəs dini kitabların ölkəyə gətirilməsində problemlər var:

«Hesab edirəm ki, bu prosesin sadələşdirilməsi daha yaxşı olardı və biz bununla bağlı təkliflərlə çıxış edəcəyik».

E. İskəndərov onu da qeyd edib ki, hazırda ölkədə dini kitabların satışını həyata keçirən mağazalara xüsusi icazənin verilməsi prosesi gedir:

«İndiyədək Bakıda 25 belə mağazaya icazə verilib. Bu işlər başa çatdıqdan sonra müxtəlif yerlərdə, o cümlədən metro keçidlərində və digər obyektlərdə dini kitabların satışına nəzarət məqsədilə monitorinqlər keçiriləcək».

/apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG