Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.

Bu barədə APA-ya Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dünən imzalanmış sərəncam ümumilikdə 66 nəfərə şamil olunub.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da daxil olmaqla İctimai
Palatanın ötən il aprelin 2-də keçirdiyi aksiya görə həbs edilmiş 9 nəfər də azad edilib.

Arif Hacılı İctimai Palatanın aksiyalarında həbs edilənlərdən 9-nun bir gündə buraxılmasını müsbət qiymətləndirib, amma qeyd edib ki, Azərbaycanda siyasi məhbus probleminin hələ də həll olunmaması ən böyük qüsurlardan biridir.

Amma həmin aksiyalar zamanı həbs edilənlərdən bir neçəsi əfv fərmanına düşməyib.
XS
SM
MD
LG