Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

Misirdə prezident seçkisinin nəticəsi elan ediləcək


Misirdə keçirilmiş prezident seçkisinin yekun nəticələri iyunun 24-də bəlli olacaq.

Seçkidə “Müsəlman qardaşları” hərəkatının namizədi Mohammed Mursi və keçmiş prezident Mubarakın dövründə sonuncu baş nazir olmuş Ahmed Shafik mübarizə aparıblar.

Onların ikisi də qalib gəldiklərini bəyan ediblər.

Nəticələr cümə axşamı elan edilməliydi.

Amma hər iki namizəd şikayət verdiyindən MSK araşdırma üçn bunu təxirə salınmışdı.

Hazırda paytaxt Qahirənin mərkəzində minlərlə aksiyaçı var.

Onlar ölkəni idarə edən Ali Hərbi Şuranın bu yaxınlarda pozuntulara görə, parlamenti buraxmasına etiraz edirlər.

Parlamentdə yerlərin çoxunu “ Müsəlman qardaşları” hərakatının üzvləri tuturdu.

Ali hərbi şura hakimiyyəti qalibə verəcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG