Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:42

Amerika Mərkəzinin 5 illiyi qeyd edildi... - VİDEO


İyunun 22-də Azərbaycan Dövlət Dillər Universitetində Amerika Mərkəzinin yaradılmasının 5 illiyi münasibəti ilə mərasim keçirilib.

Deputatlar, ictimai xadimlər və tələbələrin iştirak etdiyi mərasimdə çıxış edən Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov mərkəzin uğurlu fəaliyyətindən danışıb. Cənab Seyidov bildirib ki, Amerika Mərkəzi azərbaycanlı tələbələrin xaricdə təhsil almasında əvəzsiz rol oynayıb.

Mərasimdə iştirak edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterling isə bildirib ki, Amerika Mərkəzi fəaliyyəti müddətində insanlarla əməkdaşlıqdan qürur duyub:

«Bu mərkəzə orta hesabla hər il 40-50 min adam gəlib. Bu hesabla 5 il ərzində demək olar ki, 250 min şəxs bu mərkəzi ziyarət edib. Minlərlə şagird və tələbə Amerika bayramlarında iştirak edir, dil kurslarına, ingilis dilli müzakirələrə qatılır. Bütün bu fəaliyyətlərin nəticəsi göz önündədir. Amerika Mərkəzində təkcə azərbaycanlılar ingilis dili öyrənmirlər, həm də amerikalılar Azərbaycan dilini öyrənirlər».

Çıxışlardan sonra Dövlət Dillər Universiteti və ABŞ səfirliyi arasında yeni əməkdaşlıq memorandumu imzalanıb.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterling prezident Barack Obama'nın Azərbaycanda səfir vəzifəsinə namizədliyini irəli sürdüyü Richard Morningstar'la bağlı suala cavab verib:

«ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Richard Morningstar'ın Azərbaycanda səfir postuna namizədliyini bəyənib. Morningstar’ın səfir təyinatı üçün daha bir səsvermə keçirilməlidir. Senat tam tərkibdə Morningstar'ın namizədliyi təsdiq etdikdən sonra o, Azərbaycanda səfir hesab edilə bilər. Ümid edirəm ki, Senat bu məsələyə yaxın həftələrdə baxacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG