Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:22

Suriya Türkiyə təyyarəsini vurub


F-4
F-4
Suriya ordusu Türkiyənin qırıcı təyyarəsini Aralıq dənizində vurub.

Türkiyə prezidenti Abdullah Gül, Suriya tərəfinin dediyi kimi, təyyarənin Suriya sərhədini pozmasını istisna etmir.

Amma o qeyd edib ki, bu, yalnız istintaqdan sonra bəlli olacaq və Türkiyə bundan sonra müvafiq addımlar atacaq.

Türkiyə və Suriya gəmiləri birgə pilotları axtarırlar.

Suriyanın özündə isə vəziyyət gərgin olaraq qalır.

Hüquq müdafiəçiləri təkcə iyunun 22-də baş vermiş toqquşmalarda 50 dinc sakin də daxil olmaqla 90-dan çox adamın öldüyünü deyirlər.

TƏHLÜKƏSİZLİK ŞURASI TOPLANDI

Türkiyə Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb.

Baş nazir Recep Tayyib Erdoğan bildirir ki, onlar həm təyyarənin düşməsinin səbəblərini, həm də son günlər PKK terrorçularının fəallaşmalarını müzakirə edəcəklər.

Baş nazir təyyarənin düşməsinin səbəbləri, pilotların taleyi haqqında hələlik ətraflı məlumatları olmadığını, hazırda həm Türkiyə, həm də Suriya tərəfdən xilasedicilərin ərazidə işlədiklərini deyib:

«Bu araşdırmalardan əldə ediləcək məlumatlar əsasında rəsmi fikir deyə bilərik».

Recep Tayyib Erdoğan
Recep Tayyib Erdoğan
Erdoğan Suriyanın Türkiyədən hadisəyə görə üzr istəməsi barədə də dəqiq xəbərinin olmadığını deyir. O, bildirir ki, Dəməşqin üzr istəyib-istəməməsi, istəyibsə, bunun səbəbinin nə olduğu yaxın saatlarda aydın olacaq.

PİLOTLAR HAQDA MƏLUMAT YOXDUR

Türkiyənin Baş naziri təyyarəni Suriyanın vurduğunu tam təsdiq edə bilməyəcəyini bildirir. Baş nazir keçirdiyi qısa brifinqdə jurnalistlərə bildirib ki, hələlik təyyarənin niyə düşdüyü və pilotların taleyi haqqında məlumat yoxdur.

Bundan bir qədər əvvəl yerli media Suriyanın düşən döyüş təyyarəsinə görə Türkiyədən üzr istədiyini yazırdı.

SURİYA ÜZR İSTƏYİB

BBC-nin məlumatına görə, Suriya hökuməti Türkiyənin döyüş təyyarəsini vurduğu üçün üzr istəyib.

BBC «Anadolu» agentliyinə istinadla bildirir ki, Baş nazir Recep Tayyib Erdoğan jurnalistlərlə söhbətində təyyarənin hər iki pilotunun xilas edildiyini və artıq Dəməşqin hadisəyə görə üzr istədiyini deyib.

Türkiyə ordusunun məlumatına görə, «F-4E» tipli döyüş təyyarəsi iyunun 22-də Aralıq dənizi üzərində radarlardan itib.

Türkiyənin NTV telekanalı təyyarənin dənizdə Suriyaya aid hissəyə düşdüyünü, ona görə hər iki ölkənin birgə xilasetmə işləri apardıqlarını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG