Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:00

Breivik`ə hökm avqustun 24-də oxunacaq


-

Norveç məhkəməsi 10 günlük dalbadal dinləmələrdən sonra 77 nəfərin qətlində ittiham olunan Andres Breivik haqqında qərarını avqustun 24-də elan edəcəyini bildirib. Hakim bu barədə iyunun 22-də keçirilən prosesdə bəyan edib və məhkəmə həmin vaxta qədər təxirə salınıb.

Keçən ilin iyulunda paytaxt Osloda partlayışlar törətdiyini və şəhərə yaxın bir adada gəncləri qırdığını boynuna alan Breivik bu gün məhkəmədə çıxışında bunu Norveçi müsəlman miqrantlardan qorumaq üçün etdiyini bildirib.

Dünən prokurorlar Breivikin dəli olduğunu deyərək hakimdən xahiş ediblər ki, onu həbsxanaya yox, müalicə müəssisəsinə göndərsin. Onun vəkilləri isə hakimdən 33 yaşlı Breivik`in tam sağlam olduğunu, ekstremist hərəkətlərinə görə mühakimə olunmasını xahiş ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG