Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Gürcüstan polisi 300 000 peyk antenasını müsadirə edib



Gürcüstan polisi paytaxt Tbilisi və ölkənin başqa şəhərlərində televiziya üçün 300 000 peyk antenasını müsadirə edib. Buna görə müxalifət hökuməti fikir azadlığına müdaxilə etməkdə suçlayır.

Rəsmilər bildiriblər ki, Gürcü arzusu müxalifət koalisiyasının rəhbəri, milyarder Bidzina İvanishvilinin seçicilərə rüşvət verməsi ilə bağlı istintaqın gedişində həmin antenlərin də müsadirə olunmasına zərurət yaranıb.

Bu ayın əvvəlində İvanishvili siyasi maliyyələşmə, o cümlədən seçicilərə pulsuz peyk antenləri paylanması ittihamları ilə 90 milyon dollar miqdarında cərimə olunub. Amma sonradan cərimənin məbləği 45 milyon dollara endirilib.

Müxalifət isə hökuməti ittiham edir ki, antenləri yığmaqla vətəndaşları İvanishvilinin müxalifət mövqeli Kanal 9 televiziyasına baxmaqdan məhrum edir.
XS
SM
MD
LG