Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:49

ABŞ Pakistanda işləyən diplomatlarının sıxıntı içində olduqlarını bildirir




ABŞ Dövlət Departamentinin baş inspektoru Pakistanda işləyən ABŞ diplomatlarının getdikcə artan təzyiqlərlə üzləşdiklərini bildirir. Onun sözlərinə görə ötən ilin noyabrında NATO qüvvələri səhvən 24 Pakistan əsgərini öldürəndən bəri ABŞ diplomatları bu ölkədə daha çox gözümçıxdıya salınır.

İnspektorun hazırladığı hesabatda qeyd edilir ki, Pakistan ABŞ diplomatlarına viza verilməsini ləngidir, tikinti, yardım layihələri üçün göndərilən yüklərin qarşısını kəsir.
XS
SM
MD
LG