Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:22

Avrozona liderləri borc böhranından çıxış yollarını Romada müzakirə edirlər



Avro pul vahidini işlədən ölkələrdən iqtisadiyyatı ən böyük olan 4-ü Romada Avropanı bürüyən borc böhranının müzakirəsinə başlayıb. İyunun 22-də keçirilən müzakirələrdə İtaliya, Fransa, Almaniya və İspaniya liderləri iştirak edəcəklər.

İlkin məlumata görə toplantıda Almaniyanı sərt qənaət planlarını bir qədər yumşaltmağa razı salmağa çalışırlar. Liderlər həmçinin avrozonada böhrana daha sərt müdaxilə planlarını müzakirə etməlidirlər.

Almaniya kansleri Angela Merkelin sözçüsü bildirib ki, dörd ölkənin görüşü rəsmi müzakirə deyil, liderlər sadəcə olaraq fikir mübadiləsi aparacaqlar.

İyunun 28-29-da Romada Avropa Birliyinin sammiti də olacaq. Həmin sammitdə də avrozonadakı maliyyə böhranının müzakirəsi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG