Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:34

CNN-nin keçmiş aparıcısı Larry King Bakıya gəlir


İyunun 28-dən iyulun 1-dək Bakıda «Crans Montana» Forumunun 23-cü sessiyası keçiriləcək. Tədbir Azərbaycan hökumətinin dəvəti ilə baş tutur. Tədbirə bir sıra ölkələrin birinci lediləri də qatılacaq.

«Qadın hüquqları insan hüquqlarıdır» devizi ilə keçirilən bu tədbiri «Crans Montana» Forumu, UNESCO və ISESCO birgə təşkil edir.

Tədbirin moderatoru vaxtilə CNN-də «Larry King Live» proqramının aparıcısı Larry King olacaq.

Çıxışçılar arasında Gürcüstanın birinci ledisi Sandra Roelofs, Gürcüstan prezidenti Mikheil Saakashvili'nin anası Giuli Alasania, eləcə də Nigerin birinci xanımı Aissata Issoufou Mahamadou, Makedoniyanın birinci ledisi Maja Ivanova, Çernoqoriyanın birinci ledisi Svetlana Vujanovic, Kenya Baş nazirinin həyat yoldaşı Ida Odinga'nın adları var.

«Crans Montana» Forumu qadın hüquqları ilə bağlı təşəbbüsləri dəstəkləyir. Forum bütün sahələrdə qadın-kişi bərabərliyinə çağırır.
XS
SM
MD
LG