Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:11

BMT Suriyada 1.5 milyon adamın humanitar yardıma möhtac olduğunu bildirir



BMT Suriyada təcili humanitar yardıma ehtiyacı olanların sayının 1.5 milyon nəfərə çatdığını bildirir. BMT-nin yardımların paylanması ofisindən həmçinin bu ölkədə yardıma ehtiyacı yetişməyin olduqca çətin olduğunu deyirlər.

Təşkilata görə Suriyanın İdlib əyalətində 350 000, Homsda 250 000 nəfərə təcili yardım çatdırmaq lazımdır.

BMT son 15 ayda davam edən qarşıdurma nəticəsində 96 min suriyalının qonşu ölkələrə qaçdığını deyir.

Suriyada rejimin istefasını tələb edənlərə hökumətin silahlı müqaviməti ölkə boyu zorakılıqlara səbəb olub. BMT-niun məlumatına görə 10 mindən çox adam həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG