Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:56

Səddam Hüseynin qohumu Avstriyada tutulub



İraqın keçmiş diktatoru Səddam Hüseynin yaxın qohumu olan bir kişinin bu yaxınlarda Avstriyada həbs edilərək təhlükəsiz yerə yerləşdirildiyi bildirilir. Avstriya polisi bildirir ki, 41 yaşlı kişi saxlandıqdan sonra Səddam Hüseynin qardaşı oğlu olduğunu deyib. Onu daha iki nəfər müşayiət edirmiş.

Polis Avstriyaya Türkiyədən gəldiyini deyən adamların üstündə pasportları olmadığını, siyasi sığınacaq istədiklərini bildirir.

Avstriyanın Daxili İşlər Nazirliyi saxlanan adamın həqiqətən də Səddam Hüseynə yaxın olduğunu öyrənmək üçün xüsusi araşdırma aparılacağını bildirir.
XS
SM
MD
LG