Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Taliban otelə hücum etdi



Taliban yaraqlıları Əfqanıstanın paytaxtı Kabulun məşhur otelinə hücum ediblər. İyunun 21-də baş vermiş hücumda oteldə bir neçə nəfər girov götürülüb, atışmada azı 12 nəfər həlak olub. Onlardan 4-ü yaraqlı, 4-ü isə mülki sakinlərdir. Təhlükəsizlik qüvvələri və polis əməkdaşları arasında da həlak olanlar var.

12 saat davam etmiş atışmadan sonra onlarla girov azad edilib.

Taliban varlı əfqanlar və xaricilərin bu oteldə “seks məclisləri” təşkil etdikləri üçün ora hücum etdiyini bildirir.

Əfqanıstandakı NATO qüvvələri əməliyyat zamanı əfqan polisinə dəstək verdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG