Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:05

Norveçdə vəkillər Breivik`in ağlı başında olduğunu deyirlər



Norveçdə vəkillər bildirirlər ki, 77 nəfəri öldürməkdə ittiham olunan Andres Behring Breivik ruhi cəhətdən tam sağlam elan edilməli və hərəkətlərinə görə məsuliyyətə cəlb edilməlidir.

İyunun 21-də prokurorlar hakimdən onun ruhi vəziyyətinin yerində olmaması barədə qərar çıxarmasını və həbsxanaya deyil, ruhi-əsəb xəstəxanasına göndərilməsini xahiş ediblər.

Vəkilləri isə bu gün deyiblər ki, o, tam sağlamdır. Vəkillər bildirirlər ki, Breivik sadəcə zorakılıq etməyib, onun hərəkəti həm də siyasi ekstremizmdir, o, dəli elan edilə bilməz.
Keçən ilin iyulunda paytaxt Osloda və ona yaxın adada insanları qətlə yetirən Breivik isə əməlini ölkəyə müsəlman qaçqınların gəlməsinə etiraz kimi izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG