Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:06

«Yıxılmasan, adrenalin yaşamırsan, həvəs ölür»


Hava Skeyter

Skeyter

isindikcə parklar, küçələrdə skeyter, velosipedçilərə, rollerlərə daha çox rast gəlinir. Gənclərin bu həvəsi barədə «Flashmob»a skeyter Rüstəm İbrahimov, velosipedçi Kamil Osmanov danışır. Onların dediyinə görə, bu idman növlərinə həvəs uşaqlıqdan yaranır və burda hər şey tarazlığı qorumaqdan asılıdır.

Paytaxtdakı insan sıxlığını nəzərə alaraq ən çox gecə saat 12-dən sonra velosiped sürən Kamil Osmanov şəhərdəki yolların velosiped üçün uyğun olmamağından da şikayətlənir. Sakinlərin münasibətinə gəlincə isə, Kamil deyir ki, velosiped sürənlərə, tam əksinə olaraq, yaşlı nəsil daha normal münasibət göstərir:

«Yaşlı nəsil idman kimi baxır. Cavan nəsil isə çox vaxt elə baxır ki, bu, özünü göstərir. Sürücülər isə siqnalla münasibət bildirirlər».

Skeyter Rüstəm deyir ki, skeyt sürmək çox çətindir:

«Skeytbordinq elə bir şeydir ki, bununla ancaq qısa məsafə qət etmək olur, böyük məsafə qət etmək qeyri-mümkündür. Çünki ayaq əzələləri həddindən tez yorulur. Ayağın biri skeytin üstündə, biri yerdə olur. Yəni, ayaqların biri əsas, biri köməkçidir. Köməkçi ayaq haradasa 7-8 kilometrdən sonra yorulur. Çünki skeytin sürətini artıran köməkedici ayaqdır, itələyir və sürəti artırır. Amma «velik»də böyük məsafələr qət etmək çox rahatdır».

Skeyt və velosiped alarkən nələrə diqqət yetirmək lazımdır? Sürməyi harada, necə öyrənə bilərsiz? Bu və başqa suallara cavabı tam olaraq burdan dinləyə bilərsən:

XS
SM
MD
LG