Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:52

Oqtay Gülalıyev əməliyyat olunmalıdır


İyunun 13-də həbsdən buraxılan «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev təcili əməliyyat olunmalıdır. Bunu iyunun 21-də onu müayinə edən həkim deyib.

Oqtay Gülalıyevin AzadlıqRadiosuna dediyinə görə, əməliyyata hazırlıqla bağlı müalicə kursuna başlayıb.

«Məni müayinə edən həkimim bildirdi ki, artıq xəstəlik 3-cü fazaya daxil olub ki, mən hökmən əməliyyat olunmalıyam. O, mənə bir aylıq müalicə kursu yazdı. Cərrahiyyə əməliyyatının bir az sərin aylarda, payızda keçirilməsini tövsiyə etdi».

Oqtay Gülalıyev hələ həbs olunmamışdan əvvəl mədə-bağırsaq ağrılarından və bağırsaq çatından əziyyət çəkirdi. Təcridxanada olduğu müddətdə onun vəziyyəti daha da ağırlaşmışdı.

Oqtay Gülalıyev 3 saylı Şüvəlan İstintaq Təcridxanasında olarkən Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin həkimləri onu müayinə edəndən sonra da ona tez bir zamanda əməliyyat olunmasının vacibliyini bildirmişdilər.

O. Gülalıyev aprelin 8-də Sabirabadın Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutkalıq həbs cəzası alıb. Ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad rayon Məhkəməsi O. Gülalıyev barəsində 2 ay həbs qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya 3 saylı Şüvəlan istintaq təcridxanasına gətiriblər. İyunun 13-də isə Sabirabad rayon məhkəməsinin qərarı ilə o polis nəzarətində olmaqla azadlığa buraxılıb.
XS
SM
MD
LG