Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:20

Pakistanda baş nazir müzakirəsi davam edir


Pakistanın rəhbər koalisiyası baş nazir olmaq üçün Raja Pərviz Əşrəfin namizədliyini irəli sürüb.

Gözlənilir ki, Əşrəfin vəzifəyə təyinatı barədə parlamentin aşağı palatası – Pakistan hakim partiyasının çoxluq təşkil edən palatası səsvermə keçirsin.

Əşrəfdən əvvəl prezident veteran siyasətçi Maxdum Şahabuddinin namizədliyini vermişdi. Ancaq elə həmin gün onun əleyhinə səhiyyə naziri olduğu vaxt qanunsuz narkotik maddələr idxal etməsinə dair iddia qalxıb.

Pakistanın ali məhkəməsi bundan əvvəlki baş nazir Yousaf Raza Gilaninin səlahiyyətlərini dayandırıb. Səbəb Yousaf Raza Gilaninin korrupsiyada ittiham olunan prezident
Asif Ali Zardarinin məhkəmə prosesini bərpa etməməkdə, bu işə mane olmaqda təqsirli bilinməsidir.

Söhbət 90-cı illərdə İsveçrə bankları vasitəsilə pulyuma əməliyyatından gedir.

Gilani isə Asif Ali Zardarinin dövlət başçısı kimi toxunulmazlıq hüququ olduğunu təkid edir.
XS
SM
MD
LG