Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:44

«Bakıda zəlzələ olarsa, maqnitudası 6,4 olacaq»


«Abşeron yarımadasının cənubunda bu gün də gərginlik toplanır, ancaq nə vaxt qırılma baş verəcəyini, hansı qırılma xəttində baş verəcəyini bilmirik». Lent.az-ın verdiyi məlumata görə, bunu AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov söyləyib.

Alim müşahidə prosesinin davamlı aparılmasını, ölçü işlərini sıxlaşdırmağı zəruri sayıb:

«Enerji toplanmaları neft strukturları üçün təhlükə yarada bilər. Məsələn, neft kəmərində qırılma ola və böyük fəlakət ortaya çıxa bilər. Bakı-Tbilisi-Ceyhan neft kəməri qırılmalar üzərində yerləşir. Məsələn, Kanadada Şimal Buzlu okean sahillərindən çəkilən neft kəməri də qırılma zonasında yerləşib. Kanadada bu neft kəməri qırılmalara davamlı vəziyyətə gətirilib və orada sonradan baş verən qırılmalardan neft kəmərinə zərər dəymədi. Bizim Azərbaycanda da tədqiqatlar bu məqsəd daşıyır. Biz öyrənirik ki, Bakıda zəlzələ olarsa, harada zəif, harada güclü özünü göstərə bilər».

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında 6,4 maqnitudalı zəlzələ ola bilər: «Ancaq bu, ehtimaldır».
XS
SM
MD
LG