Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:11

Sabine Freizer: «Nə Azərbaycan, nə də Ermənistan hərbi hücum hazırlayır»


Sabine Freizer

Sabine Freizer

Bu günlərdə azı 10 əsgərin ölümü ilə nəticələnən Azərbaycan-Ermənistan qarşıdurması müharibə riskini çoxaldır. Özü də bu, BP və onun partnyor şirkətlərinin enerji layihələrinə 35 milyard dollar sərmayə qoyduğu regionda baş verir. Bu barədə «Bloomberg» yazır.

«Azərbaycan və Ermənistan təmas xəttində nəzarət zəifdir, beynəlxalq monitorinq isə demək olar ki yoxdur», Beynəlxalq Böhran Qrupunun direktoru Sabine Freizer bunu deyib.

«Tərəflərin atışmaları və bir-birinə cavab vermələri qəfildən geniş miqyaslı hərbi əməliyyatların başlamasına gətirib çıxara bilər».

Freizerin dediyinə görə, nə Azərbaycan, nə də Ermənistan yaxın zamanlarda böyük hərbi hücum hazırlayır.

GENİŞMİQYASLI ƏMƏLİYYATLAR BAŞLASA...

«Əgər genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlayacaqsa, bu, uzunmüddətli müharibə olacaq, çünki tərəflərdən heç biri digəri üzərində böyük üstünlüyə malik deyil», ekspert bildirir.
«Buna Rusiya və Türkiyənin necə reaksiya verəcəyi də aydın deyil. Onlar verdikləri təhlükəsizlik təminatlarına görə buna cəlb oluna bilərlər».

Rusiyanın Ermənistanın Gümrü vilayətində hərbi bazası var və hər iki ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğu üçün Ermənistana hərbi yardım etməyi öhdəsinə götürüb.

Azərbaycanın Türkiyə ilə etnik, siyasi və iqtisadi bağları var.

Bu ay regiona səfər edən ABŞ Dövlət katibi Hillary Clinton da həmçinin münaqişənin «fəlakətli və gözlənilməz nəticələr» verəcəyini xəbərdar edib.

O, hər iki ölkədə gələn il seçkilər keçiriləcəyinə görə, münaqişənin danışıqlar yolu ilə həlli perspektivlərini zəif gördüyünü əlavə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG