Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:29
ZABİTLƏRƏ VƏD EDİLƏN AVADANLIQ «EUROVİSİON»DAN SONRA GERİ ALINIB

«Azadlıq» qəzeti «Eurovision»dan qabaq sərhədçilərə verilən mənzillərdəki avadanlıqların onların əlindən alındığını yazır. Qəzetə görə, Nərimanov rayonunda sərhədçilər üçün tikilən 12 mərtəbəli bina mahnı yarışmasına görə otel kimi hazırlanıb və bütün mənzillər də otel avadanlıqları ilə təchiz edilib. Zabitlər öz evlərinin müvəqqəti otel kimi istifadə olunmasına razılaşıblar. Qəzetə görə, zabitlərə söz verilibmiş ki, yarışma başa çatandan lüks formada təchiz olunan mənzillər yenidən onlara veriləcək.

«Zabitlər mahnı müsabiqəsindən sonra 4 gün mənzillərinə buraxılmayıblar. 4 gündən sonra zabitlər evlərinə buraxılanda onlar şoka düşüblər. Çünki mənzillərdə vəd edilən heç bir avadanlıq olmayıb. Hotel kimi istifadə edilən zaman mənzillərə yerləşdirilən bütün avadanlıqlar, hətta bəzi mənzillərdə elektrik şəbəkələri, kabelləri sökülüb aparılıb».

MÜSAVATIN GÜRCÜSTAN QURULTAYININ GİZLİNLƏRİ?

«Yeni Azərbaycan» qəzeti Müsavat partiyasının Gürcüstanda qurultay keçirmək istəyindən yazır. Qəzet Müsavatın qurultayının Gürcüstanda keçirilməsinin bir neçə məsələ ilə əlaqələndirir.

«Əslində İsa Qəmbərin qurultayı Gürcüstana salmasının bir məqsədi də var. O çoxdan bilir ki, Əli Kərimlinin onun partiyasının ən azından narazılar qanadında gözü var. Məhz Əli Kərimlinin gəlib qurultayda şuluqluq salmaması üçün İsa Qəmbər gedir qurultayı Gürcüstanda keçirməyə. Axı, Əli Kərimlinin xarici pasportu yoxdur və o, istəsə də belə qurultayda «birləşək» deyib, 15-20 yerə bölünən müsavatçıları 38-45 yerə bölə bilməyəcək». Qəzet qurultaya ad da qoyub- «Xaçapurili qurultay...».

«MÜSTƏQİL TELEVİZİYA NİYƏ QORXULUDUR? »

«Bizim yol» qəzeti bu suala cavab axtarıb. Qəzetə görə, «müstəqil televiziya üçün şans yaransa da «kütləvi təsir vasitəsi olduğundan, hakimiyyət «qara qutu»nu nəzarətdə saxlayır».

Qəzet yazır ki, bundan başqa «hökumətin inhisarçı siyasəti müstəqil televiziya açmağa imkan vermir».

SÜRƏTİN SİRRİ

«Yeni Müsavat» yazır ki, «cərimələr artırılsa da, ağır yol qəzalarının sayı azalmır.
Qəzet bu məsələyə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şəbə rəisi Kamran Əliyevin münasibətini öyrənib. O, isə məsələni belə dəyərləndirib: «Sürücülər yüksək sürətlə gedən komfortlu avtomobildə əyləşəndə hər şeyi yaddan çıxarırlar».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG