Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56

İyunun 21-də Avropa çempionatında 1/4 final mərhələsinin ilk oyunu keçirilib.


İlk 1/4 final oyununda Portuqaliya və Çexiya milliləri qarşılaşıblar. Oyunda yeganə qolu 79-cu dəqiqədə Portuqaliya millisinin hücumçusu Cristiano Ronaldo vurub.

İngiltərəli hakim Howard Webbin idarə etdiyi oyunun ilk dəqiqələrində topa daha çox çexlər nəzarət ediblər. Görüşün 20 dəqiqəsi tərəflərin ehtiyatlı oyunu ilə yadda qalıb. Qısa ötürmələrlə Portuqaliya qapısına yaxınlaşmağa cəhd edən çexlərin hücumlarının qarşısı alınıb.

24-cü dəqiqədə Cristiano Ronaldo hesabı açmağa yaxın olub. Onun vurduğu zərbəni qapıçı Peter Cech dəf edə bilib.

Nani 26, Migel Veloso isə 27-ci dəqiqələrdə sarı vərəqə görüblər.

27-ci dəqiqədə isə çexlər rəqiblərinin qapısı qarşısında təhlükəli vəziyyət yaradıblar. 2 nömrəli oyunçu Gebre Selassienin qapıya tərəf təhlükəli ötürməsinin qarşısını portuqaliyalı Pepe ala bilib.

Bundan sonra portuqaliyalılar qısa toplarla rəqib meydanında hücumlar qurmağa başlayıblar. Qısa ötürmələrlə Cristiano Ronaldonu zərbə mövqeyinə çıxarmağa çalışan portuqallar hesabı dəyişə bilməyiblər.

34-cü dəqiqədə Ronaldo cərimə zərbəsi yerinə yetirib. Onun vurduğu top qapının yaxınlığından keçib.

Daha çox sağ cinahdan hücumlar qurmağa cəhd edən Çexiya yığmasının qarşısı alınıb.

40-cı dəqiqədə Portuqaliya millisi oyunçu dəyişikliyi etmək məcburiyyətində qalib. Oyun zamanı zədələnən Hélder Postiga meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb. Onu 28 yaşlı Hugo Almeida əvəzləyib.

Hakim ilk 45 dəqiqəyə 2 dəqiqə əlavə edib. 46-cı dəqiqədə oyunda ilk real qol təhlükəsi yaranıb. Portuqaliya yığmasının hücumçusu Cristiano Ronaldo sağ cinahdan ona ötürülən topu çexlərin qapısına vurub. Çexləri qapı dirəyi xilas edib.

İlk yarı 0-0 hesabıyla bitib.

Oyunun ikinci hissəsi daha sürətli başlayıb. İlk təhlükəli vəziyyəti Portuqaliya yığması yaradıb. Cristiano Ronaldo ona ötürülən toplara yaxşı zərbə vura bilməyib.

58-ci dəqiqədə Portuqaliya yığması oyunda ilk qolu vurub. Ancaq Hugo Almeida oyundan kənar vəziyyətdə olduğu üçün hakim vurulan qolu hesaba almayıb.

61-ci dəqiqədə çexlər oyunçu dəyişikliyi ediblər... Darida yarımmüdafiəçi Rezeki əvəz edib.

64-cü dəqiqədə portuqaliyalı yarımmüdafiəçi João Moutinho təhlükəli vəziyyət yaradıb.

Çexiya yığması müdafiə olunduqca Portuqaliya təzyiqi artırıb. 65-ci dəqiqədə Portuqaliya yığması 3 künc zərbəsi yerinə yetirib.

72-ci dəqiqədə Ronaldodan ötürmə alan Raul Meireles topa yaxşı zərbə vura bilməyib.

Çexiya qapısı qarşısında bir neçə dəfə təhlükəli vəziyyət yaradan Cristiano Ronaldo istəyinə 79-cu dəqiqədə çata bilib. Ronaldonun baş zərbəsiylə vurduğu topa qapıçı Peter Cech mane ola bilməyib.

Bu qoldan sonrada Portuqaliya hücumlara davam edib. 80-ci dəqiqələrdə tərəflər oyunçu dəyişiklikləri ediblər.

90-cı dəqiqədə çexiyalı Limberský kobud oyuna görə sarı vərəqə qalıb.

Hakim ikinci hissənin əsas vaxtına 4 dəqiqə əlavə edib. Bu dəqiqələrdə də Portuqaliya yığması üstün tərəf olub.

93-cü dəqiqədə qapısını tərk edərək hücuma qoşulan çex qapıçı Peter Cech də komandasına yardım edə bilməyib.

Oyun Portuqaliya yığmasının 1-0 hesablı qələbəsiylə başa çatıb.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş
XS
SM
MD
LG